Novruz Məmmədov İlham Əliyevə təşəkkür etdi

Novruz Məmmədov İlham Əliyevə təşəkkür etdi
"Prezidentin bu etimadı böyük məsuliyyət yaradır. Mənə etimad göstərdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi irəli sürülən, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: "Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam”.
N.Məmmədov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox böyük layihələr həyata keçirib: "Ölkəmiz beynəlxalq əməkdaşlığa böyük töhfələr verib. İqtisadi sahədə indiyədək əldə etdiyimiz uğurları daha da konkretləşdirmək lazımdır. Qarşımda duran əsas vəzifə budur. Ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət və s. sahələrdə uğurlar əldə edib”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az