Novruz Məmmədovdan rus jurnalistə SƏRT CAVAB

Novruz Məmmədovdan rus jurnalistə SƏRT CAVAB

"Adam deyil, anomal varlıqdır, yeri dəlixanadır...”


Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorovun prezident İlham Əliyev barədə işlətdiyi təhqiramiz fikirlərə cavab verib.

Miq.az-ın məlumatına görə, Novruz Məmmədov özünün Tvitter-bloqunda yazıb: "Hesab edirəm ki, Nevzorov adam olmadığını heç vaxt dərk etməyəcək, o adam deyil, sadəcə anomal varlıqdır, feyk "human being”dir. O qədər anomaldır ki, yaratmağa çalışdığı hər şey cəmi 600 saniyədən sonra ölür. Yaxşı olardı ki, gedib "dəlixanada” yaradıcılıqla məşğul olsun. Orada onu başa düşəcəklər”.

Prezidentin köməkçisi qeyd edib ki, "həmin N e r v o z o v” hansı "xidmətlərin” əvəzində kimin qabağında quyruq bulamaq lazım olduğunu bilir.

Xatırladaq ki, "Exo Moskva” radiostansiyasının "Nevzorovskiye sredı” proqramında A.Nevzorov Azərbaycan prezidentinin ünvanına təhqiramiz fikirlər işlədib. Bu, Azərbaycan liderinin azərbaycanlıların öz tarixi torpaqlarına-İrəvana, Zəngəzura qayıdacaqları barədə çıxışının müzakirəsi zamanı baş verib.

Aleksandr Nevzorov
Aleksandr Nevzorov


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az