Nuri duet ortağı ilə evləndiyini etiraf etdi - "Bir oğlumuz var" - FOTO

Nuri duet ortağı ilə evləndiyini etiraf etdi -
Məşhur müğənni Nuri Sərinləndirici duet ortağı Jane Şirokihlə gizli evləndiyini etiraf edib. 

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Nanə Ağamaliyevanın aparıcılıq etdiyi "Şou ATV" proqramına qonaq olarkən danışıb.  
"Mənə çox insan deyə bilər ki, siz hər yanda dost olduğunuzu deyirdiz. Amma həyat elə gətirdi ki, biz ailə qurduq. Şəxsi həyatım barədə istəməmişəm ki, çıxıb efirdə danışım. Toyumuz Dominikanda olub, orada nikah bağlamışıq. Anamın səhhətinə görə təmtəraqlı məclis etmədik. İndi Janedən oğlan övladım dünyaya gəlib" - N.Sərinləndirici qeyd edib. 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az