Ordumuzun ermənilərə qarşı işlətdiyi unikal taktika - VİDEO

Ordumuzun ermənilərə qarşı işlətdiyi unikal taktika - VİDEO

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan pilotsuz An-2 təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini aşkarlamaq üçün aktiv şəkildə istifadə edib.

Miq.Az xəbər verir ki, bu barədə Azərbaycan ordusunun yüksəkrütbəli hərbi qulluqçuları İTV-yə danışıblar.

Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi elə başa düşüb ki, hər gün Azərbaycan ordusunun qırıcı-bombardmançılarını vuraraq sıradan çıxarır. Lakin daha sonra üzə çıxıb ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz An-2 təyyarələrini vurur və nəticədə öz mövqelərini üzə çıxarmış olub.

Məhz bu unikal fənd sayəsində Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini məhv etməyi bacarıb.
 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az