"Çoxlu sayda şəhid ailəsi və Qarabağ əlili hələ də evsizdir" - Qənirə Paşayeva


Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi veteranlarının müavinətlərinin artırılmasının vacib olduğunu vurğulayıb. Lent.az-ın məlumatına görə, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid ailələri, Qarabağ əlilləri və veteranlarının bu istiqamətdə problemlərinin həlli üçün xüsusi proqrama ehtiyac var. İşlə təminat məsələsində öncüllük şəhid ailələri, Qarabağ əlilləri və veteranlarına verilməlidir. Cəmiyyətdə bunun əleyhinə olacaq heç bir normal insan ola bilməz. Hamı da görsün ki, Vətən üçün şəhid olanın ailəsi, Vətəni qoruyan, onun üçün vuruşan və sağlamlığından keçənlər ilk növbədə işlə təmin olunurlar. Nazirliyi və hökuməti bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq”.
 
Millət vəkili şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış evlərinin tikintisi məsələsinə də toxunub. O bildirib ki, artıq iki ildir millət vəkili seçildiyi Tovuzda şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları üçün yaşayış evlərinin tikintisi tamam azalıb: "Hazırda  çoxlu sayda şəhid ailəsi və Qarabağ müharibəsi əlili hələ də evsizdir. Bu problemin sürətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılmalıdır. İstər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə şəhid ailəsi və Qarabağ müharibəsi əlili ev növbəsindədir və onların mənzil probleminin tezliklə həll olunması istiqamətində işlərin sürətlənməsinə böyük ehtiyac var". 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az