Parlament nümayişçilər tərəfindən mühasirəyə alındı - QARŞIDURMA

Parlament nümayişçilər tərəfindən mühasirəyə alındı - QARŞIDURMA

Livanın paytaxtı Beyrut şəhərində nümayişçilər parlament binasını mühasirəyə alıb.

RİA "Novosti” xəbər verir ki, yollarda barrikadalar quran nümayişçilər parlamentə tərəf yalnız hərbi və təcili yardım maşınlarını buraxırlar ki, onlar daiçəridə deputatların olub-olmamasını yoxlayırlar.

Parlament binasının yaxınlığına gələn deputatƏli Əmmarvətəndaşların mitinq keçirərək öz hüquqlarını müdafiə etməyə haqqı çatdığını bildirib.

Deputatların bir qrupu parlamentə tərəf keçmək istəsə də, nümayişçilər tərəfindən daşa basılıb, mühafizəçilər isə havaya atəş açıblar.

Lakin deputatların bir qismi parlamentə daxil olmağa müvəffəq olub. Bir qismi də nümayişçilərə dəstək olaraq iclasa gəlməyib.

Qeyd edək ki, ölkədə oktyabrın 17-dən siyasi sistemin dəyişdirilməsinə,korrupsiyaya və xidmətlərin yarıtmaz fəaliyyətinə etiraz olaraq kütləvi nümayişlərin başlamasından sonra ilk dəfə keçiriləcək parlament iclasında nümayişçilərin qarşı çıxdığı ümumi əvf qanunu da daxil olmaqla bir sıra qanunlar qəbul ediləcəkdi. Belə ki, bu qanun çərçivəsində korrupsiyada adı hallanan məmurların məsuliyyətdən yaxa qurtaracağını güman edən müxalifət həmin qanuna qarşı çıxır.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az