Partiya sədri Əli Nağıyevdən kömək istədi

Partiya sədri Əli Nağıyevdən kömək istədi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin "Facebook” səhifəsi artıq bir neçə gündür, naməlum şəxslər tərəfindən "oğurlanıb”.

Miq.Az xəbər verir ki, bu barədə Modern.az-a VİP mətbuat xidməti məlumat verib. Bildirlib ki, VİP sədrinin səhifəsini ələ keçirən şəxslər orada müxalifətin əleyhinə müxtəlif statuslar paylaşmaqdadırlar.

Hakerlər Əli Əliyevin "Facebook” səhifəsini zaman-zaman deaktiv etsələr də, müəyyən müddətdən sonra yenidən aktivləşdirirlər.

Şəxsi imkanlar hesabına səhifəyə nəzarəti bərpa etməyin mümkünsüzlüyü müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsinə ehtiyac yaradıb.

Əli Əliyev səhifəsini geri qaytarmaq, o cümlədən, xakerlərin müəyyənləşdirilərək, cəzalandırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə rəsmi məktubla müraciət edib.  

"Adları çəkilən dövlət qurumlarının bu müraciətə həssaslıqla yanaşmalarını və VİP sədrinə yönəlik bu kibercinayətin nəticələrini qısa müddətdə aradan qaldırmalarını gözləyirik”,-deyə VİP mətbuat xidməti bildirib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az