Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ

Paşinyan arvadını Qarabağa NƏ ÜÇÜN GÖNDƏRDİ? - İrəvandan ŞOK GEDİŞ

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan qadınları başına toplayaraq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlişi və təmas xəttində "sülh mesajları” verməsi ermənilər tərəfindən də birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası ölkəni idarə edən ər-arvadı qorxaqlıqda ittiham edib.

Erməni şərhçi Romella Mnasakanyan yazır ki, Anna Hakopyanın özü ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada Putinə qarşı çıxan şəxslərdir: "Bu, demokratik prinsiplər fonunda normal görünə bilər. Lakin Paşinyanın həyat yoldaşının rusiyalı qadınlarla Qarabağda "sülh mesajları” verməsi əslində Moskvaya yarınmaq gedişidir və bu prosesi yeni hakimiyyət əvvəldən aparır”.

R.Mnasakanyan qeyd edir ki, cəbhədə daim döyüşlər gedir və rəqibin güclü ordusu erməni hərbçiləri qarşısında olduqca böyük görünür: "Lakin sadə erməni uşaqları oliqarx övladlarından fərqli olaraq postda dayanırlar. Hakopyanın təmas xəttində verdiyi mesajlarsa hakimiyyətin qorxaqlığının nümayişidir. Hərçənd, onların Rusiyaya hesablanmış gedişləri də baş tutmur. Çünki Rusiya mediası bu səfər haqqında bir cümlə də yazmadı. Bu, Moskvanın Bakıya dəstəyinin açıq nümunəsidir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az