Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib

Paşinyan Əliyevlə danışıqların tarixini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı detal açıqlayıb.

Miq.Az modern.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan danışıqlarda yeni adam olduğu üçün keçmiş hakimiyyət nümayənədələri ilə məsləhətləşdiyini etiraf edib: 

"Mən sizə belə bir sirr açım. Baş nazir seçiləndən sonra xarici işlər naziri ilə birlikdə keçmiş XİN rəhbəri Edvard Nalbandyanla görüşmüşdüm. Biz ondan danışıqlar prosesinin detalları ilə bağlı məlumat istəmişdik”- deyə Paşinyan açıqlama verib.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı danışıqlar prosesinin tarixi barədə söhbət etdiyini də bildirib. Erməni hökumət başçısı münaqişənin həll variantlarını xarici ölkə başçıları ilə də müzakirə etdiyini söyləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az