Paşinyan istefa qərarı haqda danışdı: “Fakt budur ki...”

Paşinyan istefa qərarı haqda danışdı: “Fakt budur ki...”

Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətin istefa çağırışlarına cavab verib.

Miq.Az xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində danışıb.

Jurnalistin "İmzaladığınız üçtərəfli bəyanat Ermənistanda şiddətli etirazlara səbəb oldu və hətta istefanızı tələb edir. Əldə olunmuş razılaşmaları pozmaq təhlükəsi varmı?” sualına Paşinyan belə cavab verib:

"Daxildə siyasi gərginlik var, amma həqiqət budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətində geniş təbliğata çevrilmədi. Düşünürəm ki, xalq tərəfindən qurulan hakimiyyət məsələsi yalnız xalqın iradəsi ilə həll edilə bilər. Fakt budur ki, müxalifət tərəfindən edilən çağırışlar erməni cəmiyyətindən dəstək almır. Bunu bildirmək lazımdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az