Paşinyan istefasının şərtlərini açıqladı

Paşinyan istefasının şərtlərini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Çiçəklənən Ermənistan” və "Daşnaksütun” partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək. 

 

Bu barədə Trend RİA Novosti-yə istiandən xəbər verir.

Paşinyan bildirib: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm… Ancaq baş nazir vəzifələrini icra edəcəyəm”.

Öz növbəsində "Daşnaksütun” partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.
Baş nazir həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.
Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az