Paşinyan: Rus səfirlə İrəvan və Qarabağdan danışdıq - Detallar

Paşinyan: Rus səfirlə İrəvan və Qarabağdan danışdıq - Detallar

Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə görüşünün detallarını danışıb.

Axar.az xəbər verir ki, RBK televiziyasına müsahibəsində Paşinyan bu görüşün onun təşəbbüsü ilə keçirildiyini bildirib. O, görüş zamanı etirazların antirusiya xarakteri daşımadığını deyib:

"Biz çox məsələləri müzakirə etdik və başlıca məsələ İrəvandakı situasiya və onun bundan sonrakı inkişafı idi. Biz Rusiyanın bu məsələni necə həll edə biləcəyini müzakirə etdik.

Ukrayna variantını burada nəzərə almaq istəmirəm. Ona görə ki, bu, tamam ayrı məsələdir. Qeyd etmək istəyirəm ki, bu hərəkatın heç bir geosiyasi konteksti yoxdur. Bu hərəkat nə Rusiya, nə ABŞ, nə Avropa Birliyi, nə İran, nə də Gürcüstana qarşı yönəlib. Bu korrupsiya, qeyri-effektiv idarəçiliyə qarşı hərəkatdır. Çox şadam ki, Rusiya nümayəndələri Ermənistanın daxili işlərinə qarışmaq niyyətində olmadıqlarını deyirlər”.

O, Volınkinlə Qarabağ məsələsini də müzakirə etdiyini bildirib, ancaq detalları açıqlamayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az