Paşinyan Xankəndidə GERİ ÇƏKİLDİ: "Danışıqlara hazırıq"

Paşinyan Xankəndidə GERİ ÇƏKİLDİ:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Xankəndi şəhərində separatçı rejimlə birgə keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamalar verib.

Publika.az xəbər verir ki, Paşinyan Minsk qrupu həmsədrlərinin son bəyanatını şərh edib.

Erməni baş nazir bildirib ki, onun məsuliyyəti çiyinlərindən atmaq istədiyi haqqında deyilənlər doğru deyil: "Mənim "Qarabağ xalqını” təmsil etmirəm sözlərimi "Ermənistanın baş naziri məsuliyyəti öz üzərindən atmaq istəyir” kimi şərh etmək doğru deyil. Ermənistan üçün bir nömrəli prioritet Qarabağın təhlükəsizliyinin zəmanətidir və biz ölkə olaraq sülh prosesində iştirak edəcəyik”.

Paşinyan Minsk qrupunun irəli sürdüyü 3 prinsip və 6 elementi şərh edərkən deyib ki, bunların izaha ehtiyacı var.

"Bizim bu prinsiplər haqqında şərhlər irəli sürməyimiz faydasızdır. Çünki hədəfimiz effektiv danışıqlardır. Hesab edirəm ki, bu cür bəyanatlar ətraflı izah olunmalıdır. Həmsədrlər tərəfindən təklif edilmiş prinsiplərlə bağlı son 10 ildə müxtəlif şərhlər meydana çıxır, lakin bunu qəbul etmirik. Biz izahların olmasından sonra danışıqlara hazırıq”, - deyə o bildirib.

Qeyd edək ki, həmsədrlərin son bəyanatı Ermənistanın danışıqlar formatını dəyişdirmək istəyinə qarşıdır və ərazilərin qaytarılması çağırışını özündə ehtiva edir. Paşinyanın Azərbaycan şəhərində "danışıqlara hazırıq” deməsi Ermənistan hakimiyyətinin beynəlxalq tələb qarşısında geri çəkildiyini göstərir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az