Paşinyanın Qarabağ səfərinin SİRRİ - Dəhşətli HƏQİQƏT ÜZƏ ÇIXDI

Paşinyanın Qarabağ səfərinin SİRRİ - Dəhşətli HƏQİQƏT ÜZƏ ÇIXDI

Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın 9-da ilk səfərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə etdi.

Publika.a
z xəbər verir ki, Xankəndinə gələn Paşinyan işğal olunmuş torpaqlarda yaradılan qondarma rejimin "rəhbərliyi” ilə görüşdü və alovlu nitqlər səsləndirdi.

Paşinyanın seçkidən dərhal sonra Qarabağa gəlişi və alovlu "vətənpərvər çıxışlar” etməsi indiki məqamda daxili auditoriyaya hesablanmış kimi qəbul oluna bilər. Lakin Paşinyanın müharibə elanı kimi fikirlər səsləndirməsi də diqqət çəkir.

Ukraynalı ekspert Vitali Portnikovun Paşinyanın Qarabağa səfəri haqda fikirləri isə məsələyə başqa prizmadan baxmağa vadar edir.

Portnikov hesab edir ki, Paşinyanın dərhal Qarabağa baş çəkməsi Ermənistan siyasəti fonunda təəccüblü deyil: "Hətta bunu "Qarabağ klanı”na qarşı xalqın üsyanından sonra etməsi belə o qədər də gözlənilməz deyil. Ola bilər ki, Paşinyan əhalinin əhval-ruhiyyəsinə uyğun hərəkət edir və elan edir ki, erməni siyasəti dəyişməzdir. Hərçənd, Ermənistanda problemlərin əsas səbəbi heç də hansısa klanın hakimiyyəti və korrupsiya deyildi. Klanların hakimiyyəti və korrupsiya təbii ki, pisdir. Amma reallıqda Ermənistanın düşdüyü vəziyyət Qarabağ münaqişəsinə görədir. Qarabağ problemi Ermənistanın boynuna atılmış ilmədir və ona nəfəs almağa imkan vermir. Lakin ən pisi odur ki, erməni dövləti bu ilməni zəiflətmək əvəzinə, onu bir az da sıxır”.



Portnikov Ukraynadakı və Ermənistandakı inqilabları müqayisə edir və bildirir ki, xalq hərəkastı heç də həmişə yaxşı nəticələrlə müşahidə olunmur: "Ukrayna nümunəsi buna sübutdur, görünür, Ermənistan da dəyişmir. "Çarəsizlərin inqilabı” ölkəni yalnız o zaman dəyişdirməyə nail olur ki, cəmiyyət öz problemləri haqqında həqiqəti bilir. Bu həqiqəti onlara yeni lider deməlidir. Ermənistanın problemlərindəki həqiqət isə Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə həll olunmadığı təqdirdə Ermənistan Kremlin mühasirəsində qalacaq. Bunu Paşinyan da anlayır, lakin o, Qarabağa gedərək, erməni siyasətinin dəyişməz olduğunu göstərir. Hərçənd, bu, Ermənistanı uçuruma aparır”.

Ukraynalı ekspert "bundan sonra nə olacaq” sualını önə çəkir.

"Ola bilsin ki, Paşinyan hakimiyyətini gücləndirəcək, yaxud da zəifləyəcək. Lakin dəyişməyən bir həqiqət var: yoxsulluq və çarəsizlik ermənilərin evini tərk etməyəcək. Beləliklə, inqilabın məyusluğu yaranacaq. Paşinyan Qarabağa gedərək, Ermənistanın gələcəyini müəyyən etdi”, - deyə o diqqətə çatdırıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az