Pentaqon İrana görə Yaxın Şərqə 120 min hərbçi göndərə bilər

Pentaqon İrana görə Yaxın Şərqə 120 min hərbçi göndərə bilər
Pentaqon İranın öz nüvə işləmələrini sürətləndirəcəyi və ya Amerika hərbçilərinə hücum edəcəyi təqdirdə Yaxın Şərqə 120 min əsgər göndərməklə bağlı plan hazırlayıb.

"Report” xəbər verir ki, bu barədə adı açıqlanmayan məmurlara istinadən "The New York Times” yazıb.
Bildirilir ki, əsgərlərin göndərilməsi planını Amerika prezidenti Donald Tramp və əsas köməkçilərinin görüşü zamanı ABŞ-ın müdafiə naziri vəzifələrini icra edən Patrik Şanaxan təqdim edib.
Nəşrin məlumatına görə, plan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun xahişi ilə tərtib olunub.
Qeyd edilir ki, plan İrana qurudan müdaxiləni nəzərdə tutmur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az