Pirverdiyevin xanımının Gürcüstanda biznesi üzə çıxdı

Pirverdiyevin xanımının Gürcüstanda biznesi üzə çıxdı

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həyat yoldaşının ölkə xaricində şirkəti üzə çıxıb. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, "Azərenerji”nin sabiq prezidentinin Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olan həyat yoldaşı 1964-cü il təvəllüdlü Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir.

Şirkət Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından təxminən 1 il əvvəl, yəni 2017-ci mayın 29-da Gürcüstan Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı Milli Agentliyində 404538434 saylı lisenziya ilə qeydiyyatdan keçib. Reyestr sənədlərində şirkətin Tiflisdə iki hüquqi ünvanı olduğu qeyd edilib: Tiflisin köhnə Tiflis məhəlləsindəki Leonidze küçəsi 2 və G.Tabidze 1/3 ünvanları. 

Şirkət hissələrinin 34 faizi Pərvanə Pirverdinin, 33 faizi Zöhrə Sultanova adlı digər Azərbaycan vətəndaşının, qalan 33 faizi isə Sulxan Papaşvili adlı Gürcüstan vətəndaşının adına rəsmiləşdirilib, icraçı direktoru Paata Zhgentidir.
Qeydiyyatdan bir neçə gün sonra şirkət "Gürcüstan Dövlət Energetika Sistemi" Səhmdar Cəmiyyətinin elan etdiyi 1.868.873 dollarlıq tenderə qatılır, lakin müraciət yeni yaradılan şirkətin yüksək risk ehtimalı nəzərə alınaraq rədd edilib. 
 
Dünya Pirverdi və Eldar Abbasova
Etibar Pirverdiyevin qızı Dünya Pirverdi də İngiltərədə bizneslə məşğuldur, 2017-ci ildə burada JDE TRADING LIMITED-i qeydiyyatdan keçirib. Dünya Pirverdi və hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan əri Eldar Abbasova məxsus INFIPRO LIMITED, JDE CAPITAL LTD şirkətləri 2018-ci ilin sonlarında qapadılıb.  
E.Pirverdiyevin kürəkəni isə sabiq nazir Əli Abbasovun oğludur. Eldar Abbasovlə  Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyevanın toy mərasimi bir neçə il əvvəl "Buta Palace"da keçirilib. Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar.
Etibar Pirverdiyevin oğlu Elvin Pirverdi isə tələbədir, 2018-ci ildən Londonda Brunel Universitetində təhsil alır.  



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az