Polis baş leytenantı yol qəzasında ölüb

Polis baş leytenantı yol qəzasında ölüb

Ötən gecə Salyan rayonunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Neftçala rayon sakini 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hirran oğlu "Priora” markalı minik avtomobilini idarə edərkən idarəetməni itirib və avtomobil Kürqaraqaşlı kəndində yol kənarındakı dirəyə çırpılıb.

Neftçala Rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı olan R. Niftəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az