Polislər azərbaycanlını sərhəddə döydülər

Polislər azərbaycanlını sərhəddə döydülər

Azərbaycan vətəndaşı Türkiyə-Gürcüstan sərhədində polis əməkdaşları tərəfindən döyülüb.

Report xəbər verir ki, hadisə ötən gün səhər saatlarında baş verib.

Masallı rayon sakini, 1991-ci il təvəllüdlü Salayev Sabir Əlirza oğlu avtobusla Bakıya qayıdarkən Gürcüstan respublikasının polis əməkdaşları ilə əlbəyaxa dava edib. S. Salayevin sözlərinə görə, o, polislər tərəfindən döyülüb.

Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib. Lakin o, qapalı kəllə-beyin travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az