Polkovnik Arzu Rəhimovun ŞOK DOSYESİNİ Ramiz Mehdiyevə ÇATDIRDI - Video

Polkovnik Arzu Rəhimovun ŞOK DOSYESİNİ  Ramiz Mehdiyevə ÇATDIRDI - Video

Qarabağ və Əfqanıstan veteranı,1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdin qarşısını alanlardan biri, polkovnik Fəttahov Ağaverdi Prezident Administrasiyasırəhbəri Ramiz Mehdiyevə müraciət edib

Miq.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin polkovniki olan A.Fəttahov haqsız olaraq təqaüdə çıxarıldığını bildirib.

O, PA rəhbərinə video müraciətində Xidmət rəisi general Arzu Rəhimovun fəaliyyətindəki özbaşınalıqlardan da söz açıb. 

"2015-ci ildən bu məsələni qaldırıram və heç bir aidiyyatı qurum dediklərimlə maraqlanmayıb, araşdırma aparmayıb. Bilirsiniz ki, Azərbaycan ordusu Səfərbərlik Xidmətindən başlayır. 

Arzu Rəhimov isə rəhbər gəldiyi gündən Xidmətdə olan bütün peşəkar kadrları, zabitləri təqaüd adı ilə əvvəlcə sərəncama götürdü, sonra onları ehtiyata buraxdı. 

O dövrün statistikasına baxanda da buna agah olmaq mümkündür. Arzu Rəhimov elə şərait yaradıb ki, Ali Baş Komandana müraciət edərkən prezidentə məktub çatmamış, yarım saat sonra özünün stolunda olur”.

A.Fəttahov qeyd edib ki, Xidmətdəki digər nöqsanları açıqlamaq istəmir: "Bizə dünya baxır. Yalnız onu deməliyəm ki, ehtiyata buraxılan zabitlərin yerinə başqa qurumlardan nöqsana görə qovulanlar ArZu Rəhimov tərəfindən işə cəlb olunurlar. 

Onların bəziləri məqsədli şəkildə işlədikləri qurumlardan ayrılırlar, təqaüdə çıxırlar ki, Səfərbərlik Xidmətində fəaliyyət göstərsinlər. 

Bunun səbəbini bilmirəm. Amma cənab prezident İlham Əliyevdən və cənab Ramiz Mehdiyevdən xahişim budur ki, dediyim məsələlər araşdırılsın”. 

Daha əvvəl də media bu qurumun sağlam çağırışçıların əvəzinə xəstə çağırşçıları xidmətə yollaması, bəzi savadlı zabitləri qanunsuz olaraq işdən azad edib,təqaüdə göndərməsi və Əfqanıstanı xəritədə belə görməyənlərin bu qurumda "Əfqanıstan veteranı” kimi qeydiyyatdan keçməsi kimi özbaşınalıqlara toxunub. 

Buna rəğmən hələ ki, yazılanlardan bir nəticə çıxmır. Maraqlıdır, korrupsiya və rüşvətə bulaşmış SHXÇX -nın yol verdiyi başıpozuqluqlara nə zaman son veriləcək?

Arzu Rəhimov haqqında zaman-zaman mətbuatda yazılıb. Bir çox hallarda "etibarlı mənbəyə” və ya "adının çəkilməsini istəməyən şəxs”ə istinadən yayılan bu məlumatlar ola bilər ki, kimlərdəsə şübhə doğururdu. İndi isə uzun illər SHXÇDX-də çalışmış polkovnik danışır. Həm də konkret faktlar və ittihamlarla…

Yada salaq ki, 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Arzu Rəhimov bir həftə sonra qalmaqallı müşavirə keçirir və bu müşavirədə SHXÇDX-nin 20-dək idarə rəisi vəzifəsindən azad edilir. 

Həmin müşavirədə təqaüdə göndərilən A.Fəttahov azad xidmət rəisinin qəzəbinə tuş gələnlər haqda cumhuriyyet.az-a geniş məlumat vermişdi. 

Həmin şəxslərin bir çoxu Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, yəni müharibə dövrü üçün əvəzolunmaz peşəkar zabitlərdir:

1. Polkovnik-leytenant Sərkərov Səftər – Əfqanıstan və Qarabağ müharibəsi veteranı
2. Polkovnik-leytenant Hüseynov Rövşən – Əfqanıstan və Qarabağ müharibəsi veteranı
3. Polkovnik-leyntenant Muradov Akiv – Qarabağ müharibəsi veteranı
4. Polkovnik-leytenant Rəsulov Şahin
5. Polkovnik-leytenant Məmiyev Şikar
6. Polkovnik-leytenant Həsənov Sərdar
7. Polkovnik-leytenant Rüstəmov Rza

A.Rəhimov bu kadr repressiyasını Xidməti Aslan Aslanovun kadrlarından təmizləmə kimi təqdim etsə də, gerçək səbəblər tam başqadır. Arzu Rəhimov perespektivli zabitləri uzaqlaşdırıb, perespektivsiz zabitlərə vəzifə verib.
[video=http:// ]
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az