Müharibə veteranları baş nazirlə Sahil Babayevə vaxt qoydular- "Allah ya sizə verər, ya da bizə..."

Müharibə veteranları baş nazirlə Sahil Babayevə vaxt qoydular-


Əziz dostlar! Hörmətli həmkarlar!

Məni kim tanıyırsa, bilir ki, mən o qədər də gic, axmaq adam deyiləm. Amma, son günlər gördüklərimdən, eşitdiklərimdən, deyəsən əməlli-başlı əsəb-stress keçirirəm və belə düşünürəm ki, bizi xosunvay etmək istəyirlər... 

Kaptal Bank adlı soyğunçu, talançı bir haramyeyənlər dəstəsi özü üçün hoqqabazlıq edir (bunlara odənilən pul vəsaitini tam şəkildə deyil, çox böyük oğurluqla, özü də günün gunorta vaxtı çırpışdırmaqla öz arvad-uşaqlarına əyin-baş alırlar),  "Azəriqaz" adlı monopolis bir qurum çox insanların, o cümlədən mənim də pulumu mənimsəməklə məşğuldur, Binəqədi Polis İdarəsi artıq 3 aydan çoxdur ki, ailəmizdən oğurlanmış qiymətli əşya və avadanlıqları tapmaqda acizdir, baxmayaraq ki, az qala nazir Ramil Usubov səviyyəsində göstəriş verilmişdi ki, məsələ həll olunsun, Azercell adlı mobil rabitə görməmişləri hesabımdan pul oğurlayır. Hansını yazım, hansını deyim?..

İndi də, dünəndən ölkənin Nazirlər Kabineti elə bir əcaib, əndrabadi qərar qəbul edib ki, o qərar tez bir müddətdə Ginnesin Rekordlar Kitabına salınmalıdır. Və yəqin salınacaq da. 

Ay yoldaş, tovariş Novruz Məmmədov, Sizi Baş nazir qoydular ki, ciddi-ciddi işlərlə məşğul olasınız. Mən başıbatmış Qarabağ Müharibəsi Veteranı kimi 3 aydır ki, Sizə və başı xəstə inəklərə, kağız-kuğuza, qohum əqrabaları ƏƏSMN-nə işə götürməyə qarışmış Sahil Babayev adlı nazirə YAZILI şəkildə bildirmişəm ki, ay kişilər! Məşədi İbad demişkən, bizim o Veteran pulumuz nə oldu? Səlim Müslümov adlı bir xarab adam özbaşınalıq etdi, Ali Məhkəmə səviyyəsində qərar verildi ki, ay zatı zad olmuş məmur və məmurçuqlar, odla oynamayın. Sabah Veteranlar bir araya gəlsə, siz özünüzə marketlərdən müxtəlif təyinatlı materiallar axtarmalı olacaqsınız. BƏSDİRİN. İşlə məşğul olun. Bizə adam balası kimi normal cavab verin. Mən o qədər də tərbiyyəsiz və qanacaqsız adam deyiləm. Amma, məni və mənim kimi Azərbaycan dövlətinə, dövlətçiliyinə bağlı insanları saymazcasına vecinə almayan məmur(lar)ı vallah mənəvi cəhətdən başa salmağa gücümüz də çatar, imkanımız da. 

Belə anladım ki, Azərbaycanda itə-pişiyə, qoza-fındığa biz Vətən müdafiəçilərindən daha çox önəm verən Baş nazir Novruz Məmmədov və ƏƏSM naziri Sahil Babayev kimi özündən xeyli razı nazirlərimiz var. Onlar nədənsə unudurlar ki, məhz mənim kimi insanların ödədikləri vergi hesabına onlar ailələrinə məvacib aparırlar. 

Bir həftə də gözləməyə səbrimiz çatacaq. Sonrasını isə, bizim kəndçilər demiş, ya Allah Sizə verər, ya da bizə. Tak İŞTO, vaxt getdi!!!

Üzeyir Cəfərov 
hərbi ekspert, ehtiyatda olan olan polkovnik-leytenant 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az