Poroşenkonu Radada ələ saldılar – VIDEO

Poroşenkonu Radada ələ saldılar – VIDEO

Ukraynanın sabiq prezidenti, hazırda isə yeni parlamentin üzvü olan Pyotr Poroşenko Ali Radanın iclasında xoşagəlməz halla qarşılaşıb.


"AzPolitika.info”Ukrayna mətbuatına istinadla xəbər verir ki, sabiq prezidentin parlament tribunasındakı çıxışı zaldakı deputatların əksəriyyəti tərəfindən ironiya ilə qarşılanıb.

Həmin iclasda deputat toxunulmazlığının aradan qaldırılması müzakirə olunub. Poroşenko öz çıxışında deputat toxunulmazlığının ləğvi məsələsinin məhz onun prezidentliyi dövründə qaldırıldlığını xüsusi qeyd edib və deyib ki, onun hazırda müxalifətdə olan partiyasının parlamentdəki təmsilçiləri yeni qanunun lehinə səs verəcəklər.

Bu zaman Vladimir Zelenskinin ən yaxın adamı hesab olunan Prezident Adminstrasiyasının rəhbəri Andrey Boqdan sabiq prezidenti yamsılamağa, ələ salmağa başlayıb. Əl-qol hərəkətləri edən Boqdan Poroşenkonun hərəkətlərini təkrarlamağa çalışıb.

İclasda iştirak edən V.Zelenskinin də reaksiyası Boqdandan çox fərqlənməyib. Prezident öz sələfi çıxışını başa vurduqdan sonra ironik şəkildə ayağa durub, qışqıraraq onu alqışlamağa başlayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az