Prezident general-mayoru təltif etdi - SƏRƏNCAM

Prezident general-mayoru təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Yaşar Ədilxan oğlu Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Y.Əliyev Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Yaşar Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayorudur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az