Prezidentdən maaşların artırılması ilə bağlı daha bir SƏRƏNCAM

Prezidentdən maaşların artırılması ilə bağlı daha bir SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
 
Miq.Az-ın məlumatına görə, adıçəkilən qurumların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
 
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az