Prezidentin səfir təyin etdiyi Xanım İbrahimova kimdir? - Foto

Prezidentin səfir təyin etdiyi Xanım İbrahimova kimdir? - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Xanım Məmməd qızı İbrahimovanın Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb

Axar.az xəbər verir ki, sərəncamda qeyd edilib: "Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".
Qeyd edək ki, Xanım İbrahimova daha öncə Azərbaycanın Avstriya səfirliyində və BMT yanında daimi nümayəndəliyində müşavir vəzifəsində çalışıb. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyətlərinə görə ötən il "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilib. 2016-cı il iyunun 29-da nazir Əbülfəs Qarayev medalı müşavirə təqdim edib.
X.İbrahimovanın sələfi Əkrəm Zeynallı Prezidentin 25 may 2017-ci il sərəncamı ilə geri çağırılıb, 19 iyulda isə Çin Xalq Respublikasına səfir təyin edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az