Psixiatriya xəstəxanasından pasiyent qaçdı

Psixiatriya xəstəxanasından pasiyent qaçdı
1 Saylı Respublika Psixiatriya Xəstəxanasından pasiyent qaçıb.

Bu barədə Bakının Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, 1997-ci il təvəllüdlü Əsgərov Fərid Fuad oğlu iyulun 29-da psixiatriya xəstəxanasından çıxaraq geri qayıtmayıb. Hazırda 12-ci Polis bölməsinin əməkdaşları onun axtarışı ilə məşğuldur.
Sabunçu rayonunda ötən sutkalar ərzində 16 yaşlı qız itkin düşüb. Ramana qəsəbəsinin sakini Piriyeva Aytac Orxan qızı iyulun 28-də səhər evdən çıxıb. Qızın valideynləri ayın 29-da polisə ərizə ilə müraciət ediblər, itkin düşmüş qız hələ tapılmayıb.
Qeyd edək ki, ötən sutkalar ərzində itkin düşmüş beş nəfər qeydə alınıb, onların sırasında ana və bir yaşlı körpəsi də var. Göstərilən vaxt ərzində daha əvvəl itkin düşmüş bir nəfər tapılıb./oxu.az/
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az