Putin: “Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”

Putin: “Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”
Azərbaycanda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimçir Putin vacib açıqlamalar verib.
 
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin ilk növbədə iqtisadi sahədə əməkdaşlığa diqqət çəkib.
"Azərbaycan və Rusiya ortaq infrastruktur layihələri həyata keçiririk. "Şimal-Cənub”, "İran-Azərbaycan-Rusiya” beynəlxalq nəqliyyat dəhlizinin inşası nəzərdə tutulur. Bu yol Avropa və Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir”.
Putin həmçinin, Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılığın olduğunu deyib.
Ruisya prezidenti rus dilinin Azərbaycanda dövlət səviyyəsində dəstək aldığını da xatırladıb.
"Biz rus dilinə olan marağı yüksək qiymətləndiririk. Ölkədə 300-dən artıq məktəb rus dilində tədris verir. Ən əsas dəstək isə insanların ürəyində və beyinlərindədir”.
Putin Xəzər dənizində Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətlərinin planlaşdırıldığını da əlavə edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az