Putin azərbaycanlı milyarderlərin obyektindəki axtarışı bilirmiş

Putin azərbaycanlı milyarderlərin obyektindəki axtarışı bilirmiş

Rusiya paytaxtında azərbaycanlı milyarderlər Qod Nisanovla Zarah İliyevin səhmdarı olduğu "Sadovod” bazarı, "Moskva” ticarət mərkəzi, eləcə də "Fud Siti” aqroklasterində "Rosqvardiya”nın əməkdaşları tərəfindən aparılan axtarışlarla bağlı yeni detallar məlum olub.

"Qafqazinfo” "Novaya qazeta”ya istinadən xəbər verir ki, DİN-in iqtisadi cinayətlərə qarşı mübarizə İdarəsinin əməkdaşları miqrasiya qanunvericiliyi sahəsində cinayətlərin qarşısının alınması yönündə tədbirlər çərçivəsində bu obyektlər mühasirəyə alındıqdan sonra içəri daxil olublar. Uzun müddət davam edən reydlər nəticəsində onlarla insan saxlanılıb, 19 nəfər barəsində miqrasiya qanunvericiliyinin pozulmasına görə protokol tərtib edilib. Qeyd olunur ki, saxlanılanlardan biri öz ölkəsində hərbi xidmətdən yayınıb və axtarışda imiş.
 

Nəşr yazır ki, sözügedən obyektlərdə kütləvi reydlərdən öncə bu məsələ Rusiya prezidenti Vladimir Putinə məruzə edilib. Belə ki, yoxlamaların birinci günü prezident Putin "Rosfinmonitorinq”in direktoru Yuri Çixançini qəbul edib. Çixançin görüşün mətbuat üçün keçirilən açıq hissəsində prezidentə nağd pulların qeyri-leqal dövriyyəsi problemindən danışıb, bildirib ki, bu biznes başqa sektorlara, xüsusilə ticarətə keçir. 

Görüşün qapalı hissəsində isə o, nağd pulların qeyri-leqal dövriyyəsinin əsasən "Moskva”, "Sadovod” və "Fud Siti” bazarlarında həyata keçirildiyinə dair məlumat verərək bildirib ki, bu məbləğ  245 milyard dollar təşkil edir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az