Putin Ərdoğanla danışdı: Əliyevlə görüş, Qarabağ...

Putin Ərdoğanla danışdı: Əliyevlə görüş, Qarabağ...
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla telefonla danışıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Ərdoğana İlham Əliyev və Nikol Paşinyanla keçirilən görüşün nəticələri barədə məlumat verib.

Ərdoğan isə Putinlə söhbətində Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini dəstəklədiyini bildirib.

Danışıqlar zamanı, həmçinin Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti də müzakirə olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az