"Putin nə baş verdiyini dərk etmir" - Zelenski


"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya qarşı müharibəsində baş verənlərdən xəbərsizdir və buna görə də o, informasiya qeyri-reallığından çıxmalıdır".

Miq.Az xəbər verir  ki, bunu  Ukrayna prezidenti Vladimir Zelenski Davosda onlayn çıxışı zamanı deyib.

"Bu gün mənə elə gəlir ki, Rusiya Federasiyasının indiki prezidenti nə baş verdiyini sona qədər dərk etmir. Mənə elə gəlir ki, o, Ukraynanın  güzəştə getməyəcəyini dərk etmədən öz informasiya aləmində yaşayır. Biz öz torpağımızda vuruşuruq və bir daha vurğulayıram ki, Ukraynanın bu müharibəsi kiməsə qarşı deyil, Ukraynanın özü, torpağı və azadlığı, əlbəttə ki, gələcəyi üçün müharibədir!", - deyə Zelenski bildirib.

Ukrayna prezidenti bəyan edib ki, Putin reallıqda yaşamağa başlamalıdır və "onun ətrafı ona özlərinin qurduğu informasiya qeyri-reallığından çıxmağa kömək etməlidir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az