Putin Türkiyənin sərnişin təyyarəsini vurmaq barədə ƏMR VERİB

Putin Türkiyənin sərnişin təyyarəsini vurmaq barədə ƏMR VERİB
Türkiyənin sərnişin təyyarəsini vurmaq əmri verdim - Putin

Soçidə keçirilən Olimpiya Oyunları öncəsi Rusiya hərbi aviasiyası terrorçular tərəfindən ələ keçirildiyi bildirilən sərnişin təyyarəsini yaxalamaq üçün havaya qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya lideri Putin onun haqqında çəkilən "Putin” filmində danışıb. Putin mövcud situasiyaya uyğun hərəkət etmək, o cümlədən zərurət yarandığı halda təyyarəni vurmaq barədə tapşırıq verdiyini deyib.

"Hardasa yolun yarısında adyutant Olimpiadanın Təhlükəsizlik Qərargahının rəhbərinə telefon açır və məruzə edir: Ukraynadan İstanbula gedən təyyarə ələ keçirilib, onlar Soçiyə eniş tələb edirlər”, - prezident deyib.

Söhbət göyərtəsində 110 sərnişin olan və Xarkovdan İstanbula uçan "Peqasus” şirkətinə məxsus Boinq-737-700 təyyarəsindən gedir.

Putin deyib ki, SOS siqnalının Türkiyəyə məxsus təyyarə verib və pilot sərnişinlərdən birində bomba olduğunu deyib.

Filmdə danışan FTX rəhbəri Aleksandr Bortnikov da bildirib ki, təyyarənin uçuşuna nəzarət etmək üçün hərbi qırıcılar havaya qaldırılıb.

"Mən soruşdum ki, nə təklif edirsiniz? Cavab gözlənilən idi, bildirdilər ki, hadisələrin inkişafına görə, plana uyğun: vurmaq!” - Putin bildirib.

Putin plana uyğun hərəkət etmək barədə əmr verib. 5-7 dəqiqədən sonra ikinci zəng gəlib və bildirilib ki, bu, sərxoş sərnişinin sayıqlaması imiş. Nəticədə, təyyarə Türkiyəyə uğurla enib.

Qeyd edək ki, hadisə 2014-cü il 7 fevralda baş vermişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az