Putin Ukraynaya verilmiş 10 məhbusu əfv etdi

Putin Ukraynaya verilmiş 10 məhbusu əfv etdi
Rusiya hökuməti Ukrayna ilə əldə edilmiş "35-ə 35” formulu əsasında 10 ukraynalı məhkumu əfv edib.

Gununsesi.org-un "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radanın İnsan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin tərəfindən 10 nəfər əfv edilib, krımlı tatar fəal Eden Bekirov və Kerç boğazında tutulan 24 Ukrayna dənizçisi onun şəxsi öhdəliyi ilə sərbəst buraxılıb. Əsirlikdən azad edilən ukraynalılar azad vətəndaşlardır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında məhkumların mübadiləsi sentyabrın 7-də baş tutub.
Mübadilədən sonra Rusiya və Ukrayna dövlət başçıları arasında telefon danışığı olub. Tərəflər bu prosesi müsbət qiymətləndiriblər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az