Putin Zəngəzur dəhlizindən DANIŞDI

Putin Zəngəzur dəhlizindən DANIŞDI

”Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu Ermənistan qarşısında duran ən birinci vəzifələrdən biridir”.

Miq.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Disskusiya klubunun plenar iclasında çıxışında bildirib.

"Regionda səmərəli iqtisadi həyatın, səmərəli əməkdaşlığın qurulmasında, o cümlədən Azərbaycanla gələcəkdə münasibətlərin qurulmasında, Türkiyə ilə münasibətlərin donunun açılmasında, bu münasibətlərə müasir xarakterin verilməsində Ermənistan prinsipcə bunda maraqlıdır. Bu, bu və ya digər halda əsas məqsədə nail olunmasına gətirib çıxarmalıdır - iki dövlətin təhlükəsiz mövcudluğunun və iqtisadi inkişaf üçün şərtlərin yaradılmasına gətirib çıxarılmalıdır.

Bunu etmək mümkündürmü, ya yox? Mümkündür. Qan tökülməsini dayandırmaq üçün bizdən asılı olan hər şeyi etdik, təkcə bunu deyil: sülhməramlılarımız layiqincə vəzifələrini yerinə yetirirlər”, deyə Rusiya prezidenti vurğulayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az