Putindən TƏHLÜKƏ xəbərdarlığı: “Qarşıdakı 2-3 həftə kritik olacaq” - Foto

Putindən TƏHLÜKƏ xəbərdarlığı: “Qarşıdakı 2-3 həftə kritik olacaq” - Foto

Putin məmurları daha böyük təhlükədən xəbərdar etdi: "Qarşıdakı 2-3 həftə kritik olacaq” 

Yeni tip koronavirusa qarşı lazımi tədbirlər görməməkdə tənqid edilən Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə Rusiya bölgələrinin rəhbərləri ilə müzakirələr aparıb. Putinin görüşünün əvvəli dövlət televiziyasında canlı yayımlanıb.

Reyting.az xəbər verir ki, Putin rusiyalı məmurlardan hər bir vətəndaşın həyatı üçün mübarizə aparmağı tələb edib. Rusiya prezidenti deyib ki, qarşıdakı 2-3 həftə koronavirusla mübarizədə kritik olacaq.

Rusiya Koronavirus İnfeksiyası və Qarşısını Alma Mərkəzi tərəfindən yayılan açıqlamada isə qeyd edilib ki, evlərində müalicə alan COVİD-19 xəstələrinin durumuna nəzarət etmək məqsədilə onlara mobil telefonlar təqdim edilib.

Açıqlamada karantin rejiminə tabe olmayan şəxslərə qarşı ciddi cəza tədbirləri görüləcəyi də bildirilib.

Xatırladaq ki, Rusiyada son 24 saatda 50 bölgədə 1459 yoluxma faktı qeydə alınıb, 13 nəfər vəfat edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az