Putinə içində zəhər olan məktub göndərildi

Putinə içində zəhər olan məktub göndərildi

Pentaqon və Ağ Evə zəhərli məktublar göndərən şəxs daha bir məktubu Rusiya prezidenti Vladimir Putinə ünvanladığını bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinin veteranı Uilyam Klayd Allen bunu məhkəmədə dindirmə zamanı deyib.

O, ABŞ baş prokuroru Ceff Seşns və Böyük Britaniya kraliçası II Yelizavetaya içində zəhərli maddə sayılan ritsinin olduğu məktublar göndərdiyini etiraf edib.

Bununla belə, Uilyam Klayd Allen sözügedən şəxslərin diqqətinə bu məktublarla nəyi çatdırmaq istədiyini açıqlamayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az