Putinin yeni baş naziri erməni çıxdı

Putinin yeni baş naziri erməni çıxdı

Rusiyada son dəyişikliklə Prezident Putin Mixail Mişustini Baş nazir vəzifəsinə təyin edib. 

Bu təyinatdan sonra onun erməni olması barədə Ermənistan mətbuatında xəbərlər yayılıb.

Məlumata görə, Mişustin ötən ilin yayında Ermənistanda olub və İrəvanda WCIT-2019 informasiya texnologiyalarına dair beynəlxalq konfransda çıxış edib. Armenia.im yazır ki, bundan sonra isə ən tanınmş erməni məktəbi olan "Ayb"a baş çəkib. 

Bildirilir ki, Mişustin mühəndis-texnik ixtisası üzrə ali təhsil alıb və öz ixtisası üzrə Beynəlxalq Kompüter Klubunda işə başlayıb. Bu klub Mişustinin yaxın dostu Levon Amdilyan tərəfindən təsis olunub.

Ancaq mətbuat Mişustinin erməni bağları haqqında hələlik dəqiq informasiya vermir. /Cebhe.info/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az