“Putinin yeni sürprizi...” - Şok iddia

“Putinin yeni sürprizi...” - Şok iddia

ABŞ hökuməti Rusiya Prezidenti Vladimir Putinin yeni sürprizlərinə hazırlaşmalıdır.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müavini, siyasi ekspert Jozef Nay "The National Interest” jurnalında dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, ABŞ 2017-ci ildən öz milli təhlükəsizlik strategiyasını Rusiya və Çinlə rəqabətə yönəldib. Bununla belə, Nay ABŞ-ın iki probleminin olduğunu bildirib.

"Birincisi, Rusiya və Çin tərəfdaş olsalar da iki fərqli dövlətdir və ABŞ bunu görə bilmir. İkincisi, Amerika konsepsiyasının böyük güclərlə rəqabətə və yeni təhlükələrə, məsələn, COVID-19 pandemiyasına yetərincə diqqət yetirməməsidir”, - Nay bildirib.

Ekspertin fikrincə, Vaşinqton mövcud ittifaqları qoruyub saxlaya bilmək üçün gələcək təhlükəsizlik strategiyasını dəyişməlidir:

"Soyuq müharibə” dövründə olduğu kimi təcrid və məhdudlaşdırma siyasətindən deyil, aparıcı dövlətlər arasında idarəolunan strateji rəqabətdən çıxış etmək lazımdır. Eyni zamanda, amerikalı siyasətçilər Vladimir Putinin yeni sürprizlərinə və ya Çindən gözlənilməz addımlara hazır olmalıdır”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az