Qadın xəstəxanada öldü, əri prokurorluğa müraciət etdi

Qadın xəstəxanada öldü, əri prokurorluğa müraciət etdi
Qax rayonunda şəkərli diabet xəstəsi xəstəxanada dünyasını dəyişib.
 
Miq.az Trend.az
-a istinadan məlumat verir ki, hadisə noyabrın 1-də baş verib. Rayonun Güllük kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədova Tamam Qurban qızı həmin tarixdə insulit və şəkərli diabet xəstəliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.
 
Qadının həyat yoldaşı Məmmədov Mais Hacıməmməd oğlu mərhumun ölümündə xəstəxananın tibbi personalını günahlandırıb və faktla bağlı rayon prokurorluğuna müraciət edib.
 
Müraciət əsasında meyit məhkəmə-tibb ekspertizasında daxili müayinə olunub.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az