Qafanın 4 kəndinə gedən yol Azərbaycandan keçir - XƏRİTƏ

Qafanın 4 kəndinə gedən yol Azərbaycandan keçir - XƏRİTƏ

Zəngilan ərazisinə aid olan və Ermənistanın Qafan şəhərinə yaxın ərazidə yerləşən Ağdağ yüksəkliyinin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsi ermənilərin yaşadığı dörd kəndə - Xdrants, Əgərək, Yeqvard və Uzanisə gedən yolun bir hissəsinin Azərbaycan ərazisində qalması ilə nəticələnib.

Miq.Az xəbər verir ki,  Azərbaycan Ordusunun Ağdağ yüksəkliyində yerləşən mövqeləri adı çəkilən bu kəndlər də daxil olmaqla, ümumilikdə 6 erməni yaşayış məntəqəsinə vuzual nəzarəti təmin edir.

Erməni kəndlərinə gedən yolun Azərbaycandan keçən hissəsində yeni nəzarət-buraxılış məntəqəsi, gömrük və polis postlarının yaradılması istisna deyil. Bundan yayınmaq üçün Ermənistan ya alternativ yol inşa etməli, ya da müəyyən güzəştlərə getməlidir.

Müharibənin başa çatmasından 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası istiqamətində hər gün hansısa nailiyyətə imza atır.
 
Qafanın 4 kəndinə gedən yolAzərbaycandan keçir - XƏRİTƏ

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az