Qalmaqallı video-görüntü inanılmaz faktları üzə çıxardı - Bakıda qəbiristanlıqdan ŞOK görüntülər

Qalmaqallı video-görüntü inanılmaz faktları üzə çıxardı - Bakıda qəbiristanlıqdan ŞOK görüntülər

Bakının Sabunçu rayonunun polisləri qəbirləri soyan şəxsləri saxlayıblar.


Miq.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları məlumat veriblər.

 

Bu cinayət nəticəsində zərərçəkmiş Anton Kuznetsovun vəkili Mürvət Əliyev bildirib ki, kütləvi vandalizm aktı Bakının Zabrat qəsəbəsindəki qəbiristanlıqda baş verib. Onun sözlərinə görə, sonuncu vandalizm aktı oktyabrın 13-də qeydə alınıb.

Anton Kuznetsov qəbiristanlığa anasının qəbrini ziyarət etməyə gəlib və görüb ki, orada xaç yoxdur. Sonra baxıb ki, heç digər qohumlarının qəbirlərinin üzərində də xaçlar yoxdur. Kuznetsov bununla bağlı qəbiristanlığın idarəçisinə müraciət edib. Məlum edib ki, o, hələ bu ilin avqustunda məzarları soyan adamı tutub.

Qəbiristanlığın nəzarətçisi oğrunun köhnə yaşıl "Moskviç"də qəbiristanlığa gələrək onlarla metal xaçları ora necə yüklədiyini kamera ilə çəkib. Onun oğrunu necə polis çağıracağı və cəzalandırılacağı ilə bağlı təhdid etdiyi də videoda açıq-aydın görünür.

Xatırladaq ki, polis cari ilin iyun ayında qəbiristanlıqlardan 30 bürünc barelyefi oğurladığını etiraf edən Əsədullayev qardaşlarını saxlamışdı. Qəbirüstü büstləri oğurlanan şəxslər arasında Yasamal qəbiristanlığında dəfn edilmiş, Bakının əfsanəvi meri olmuş Əliş Ləmbəranskinin qızı, 1939-cu il təvəllüdlü Elmira Əlişovna və 1976-cı il təvəllüdlü Allahverdiyev Namiq Mürvət oğlu da olub.

Bu yaxınlarda 28-ci polis bölməsinin əməliyyatçıları tərəfindən saxlanılan Sahib və Mikayıl Əsədullayev qardaşları otuz ədəd bürünc barelyefi oğurladıqlarını etiraf ediblər. Qardaşlar qiyməti 7-15 min manat arasında dəyişən barelyefləri xırda hissələrə bölüblər ki, əlvan metalların qəbulu məntəqələrində onu qəbul edən şəxslər əlavə lazımsız suallar verməsinlər. Ona görə də, lom bürüncü onlar qəpik-quruşa satıblar.

Ağcabədi rayonunda isə qəbiristanlıqdakı qəbirlərin üzərindəki alüminium məhəccərlərin oğurlandığı aşkar edilib. Rayon sakinləri İsfəndiyar Mirzəyev və Vüqar Şükürov ilkin istintaqda törətdikləri cinayəti boyunlarına alıblar. Onlar istintaqa verdikləri ifadədə bildiriblər ki, qəbirlərin üzərindən oğurladıqları alüminiumu rayonun ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə veriblər.

Sabunçu RPİ-nin 12-ci polis bölməsindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, Zabratda törədilən oxşar cinayətlə bağlı AR CM-in 177.1-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb. Faktla bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlar oğurluqda günahlandırılaraq Sabunçu Rayon Məhkəməsinə təhvil veriliblər. Məhkəmə onlara inzibati həbs cəzası kəsib.

Asayiş keşikçilərinin sözlərinə görə, analoji oğurluq halı 2017-ci ilin yayında da qeydə alınıb. O vaxt bir qrup şəxs saxlanııb. Onlar qəbirlərin üstündəki metal xaçları toplayaraq pul qazanmaq məqsədilə metal qəbulu məntəqələrinə veriblər. Məhkəmə xaç oğrularına qarşı yüngül cəza kəsməklə kifayətlənib.

Hazırda Zabratda oğurlanan onlarla xaçdan yalnız 11-i yerinə qaytarılıb. Lakin indi də əsas problem hər bir oğurlanmış xaçın konkret olaraq hansı qəbirə aid olduğunu müəyyənləşdirməkdir. Bu qəbirləri ölənlərin qohumları illərlə yad eləmir. Yalnız qohumları hansı qəbirin kimə məxsus olduğunu müəyyən edə bilər.

Kuznetsov isə öz növbəsində bildirib ki, anasının qəbirinin bir hissəsi bərpa edilib. O, özünün "Facebook" sosial şəbəkəsində sözügedən qəbiristanlıqdan çəkilmiş videonu yerləşdirib. O, bu vandalizm aktını törədən "yaramaz"ın cərimə ilə canını qurtara bilməyəcəyini, onun həbs edilməsi lazım gəldiyini yazıb.

"Sadəcə bir şikayət daxil olub. Həmin qəbiristanlıqda analoji hal 2014-cü ildə də qeydə alınıb. Bizim əlimizdə dörd epizod üzrə material var. Biz onlarla Sabunçu RPİ-yə müraciət etmişik. Hazırda orada həmin cinayətin təsnifləşdirilməsi prosesi gedir" - deyə Mürvət Əliyev bildirib.

Kuznetsovun nümayəndəsi hesab edir ki, bu faktla bağlı günahlandırılan şəxs AR Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (Qəbir üzərində təhqiredici hərəkət) cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bununla yanaşı, o, əmindir ki, bu işlə bir nəfər yox, bir qrup adam məşğul olur.

Vəkilin sözlərinə görə, cinayət məsuliyyətinə bu adamlar cəlb edilməlidir: qəbirləri nişan verənlər, oğurlayanlar və oğurlanmış atributları metal qəbulu məntəqəsində qəbul edənlər.

Eyni zamanda o, əlavə edib ki, bu məlumatı heç bir halda xristian əlaliyə qarşı yönəlmiş etnik zəmində addım kimi qiymətləndirmək olmaz. Çünki müsəlman qəbirlərinin də oğurlandığına dair çoxsaylı faktlar mövcuddur.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az