"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?"


Bakının Sabunçu rayonu ərazisində dəmir yolu xəttinin təhlükəsizlik zolağında tikinti işlərinə başlanıb. 

Bu barədə Criminal.az xəbər yayıb.

Xəbərdə deyilir ki, həmin ərazidə avtoyuma məntəqəsi tikilir. Tikinti sürətlə, yağışlı havada və gecə saatlarında da aparılır. 

Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən Uğur-2 yaşayış kompleksinin sakinləri deyir ki, bir müddət əvvəl həmin zolaqdakı boş sahədə öz hesablarına ağaclar əksələr də, dəmir yolunun işçiləri tərəfindən məhv edilib. 

Məlumata görə, həmin ərazi təhlükəsizlik zolağıdır, orada ağac əkmək də gələcəkdə onların işinə mane ola bilər. Hətta Azərbaycan Dəmir yolları QSC-nin həmin ərazidə yerləşən trestinin rəhbəri də sakinlərlə görüşərək həmin ərazidə ağac əkməyin qanunsuz olduğunu, gələcəkdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısını almaqda problem yarada bilər. 

Ağacların məhv edilməsi 

"Nədənsə həmin ərazidə boyük avtoyuma məntəqəsinin tikilməsinə icazə verilib. Əldə etdiyimiz məlumata görə, obyekti tikdirən vəzifəli şəxsin sürücüsüdür. Görünür, məmur sürücüsünün nüfuzu qanunları və təhlükəsizlik məsələsini arxa plana keçirə bilir. Biz sakinlər bu işi rahat buraxan deyilik. Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri Cavid Qurbanova da müraciət edəcəyik. Bizə maraqlıdır ki, qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri", - deyə sakinlər bildirib.

Şikayətçilər deyib ki, qısa zamanda tikinti dayandırılmasa, ölkə başçısına şikayət edəcəklər. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az