Qanunsuz ov edən Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb

Qanunsuz ov edən Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb
Biləsuvar rayonu ərazisində icazəsiz ov edən Qətər vətəndaşı Khalid Abdulla Al-Tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel saxlanılıb.
Bu barədə Miq.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan adı Azərbaycanın "Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.
Masallı rayonunda icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az