Qara Gündə-Müşviq Məmmədzadə yazır

Qara Gündə-Müşviq Məmmədzadə yazır
Müşviq Məmmədzadə  1997-də Bakıda  doğulub. 

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr sənəti ixtisası üzrə təhsil alır.
 Dəfələrlə mədəniyyət saraylarının tədbirlərində fəxri fərman, diplomlar, teatr və festivallarda fərqlənmə və "ən yaxşı kişi aktyor "u mükafatına layiq görülüb. 


Müşviq Məmmədzadə 

Qara Gündə


Gəzdim cahanı, dərk elədim mən bunu indi,
Gözlər quruyur, hafizələr dar, qara gündə.

Bu məmləkətin hər tini, hər bir küçəsində,
Qəlb çalxalayan xatirələr var, qara gündə. 

Çoxdan dəyişib mənzərə, cahillər olub şah, 
Səssiz boğulur kamil adamlar, qara gündə.
 
Pul olsa qohum qardaş olur cəmi firavan 
Pul olmasa üzdən tanımır yar qara gündə.

Mən istəmirəm gündüzü, axşamdı mənimki, 
Söndür günəşi, göydə buludlar qara gündə.

Vallah, bu gedişlə görəcəksiz ki, bir axşam, 
Göydən yağacaq qışda bəyaz qar qara gündə. 
 
Müşviq, sən özün ehtiyatı vermə əlindən, 
Dərd-qüssəli qoymaz səni dostlar qara gündə.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az