Qarabağ danışıqlarının həllində CİDDİ MANEƏ

Qarabağ danışıqlarının həllində CİDDİ MANEƏ

"Ermənistanın Cenevrə danışıqlarından dərhal sonra, Azərbaycanın işğal etdiyi ərazilərində hərbi-taktiki qərargah təlimləri keçirməsi, bərpa olunan danışıqlar prosesini sual altına aldı. 
Qarabağda keçirilən hərbi təlimlər, Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə erməni icması önündə danışıqları pozmağa yönələn açıqlamalarının məntiqi davamıdır."
Bu açıqlamanı Miq.Az-a politoloq Məhəmməd Əsədullazadə bildirdi.

"Qeyd edək ki, Qarabağda ermənilərin hərbi təlimlərinə Rusiyanın 102-ci bazasından olan rus hərbi təlimatçılar başçılıq edir. Aprel döyüşlərindən sonra, Rusiyanın Gümrüdəki "102-ci" hərbi bazasında olan hərbiçi-təlimatçılar Ermənistanın Qarabağda keçirdiyi hərbi təlimlərdə mütəmadi iştirak edirlər. Məqsəd, erməni silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmaq, müdafiə qabiliyyətini yüksəltməkdir. Çünki, Aprel döyüşlərində erməni ordusunun müdafiə sisteminin çox zəif olduğu ortaya çıxmışdı. Buna görədə Rusiya Ermənistanı təkcə hərbi texnika və silahlarla deyil, öz hərbiçiləri vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində təlimlər keçir. Bura xüsusi təyinatlıların təlimi, kəşfiyyat və snayper sahələri, həmçinin artilleriya vasitələrinin düzgün atışlarıdı.
Göründüyü kimi, Rusiyanın Qarabağ siyasəti, regionda sülh və sabitliyi pozmağa və status-kvonu qorumağa hesablanıb."

Politoloq daha sonra qeyd etdi ki, əgər, Cenevrədə konkret olaraq, problemin həlli ilə bağlı irəlləyiş əldə olunsaydı, rəsmi Kreml çox ciddi şəkildə buna mane olacaqdı. Rusiyanın Ermənistana son bir il ərzində verilən hərbi kreditlər, birgə ordu birləşməsi və havadan müdafiə sistemini yaratması, bir başa Azərbaycanın əleyhinə formalaşmış siyasətdir.
Hazırda Qarabağ danışıqları ilə bağlı müəmmalı bir drum var. Danışıqlar bərpa edilməsinə baxmayaraq, yenidən heç bir irəliləyiş əldə edilmədi. Və, rəsmi Yerevan barışmaz mövqe sərgilədi.
"Azərbaycanın bundan sonra siyasəti, yalnız öz ərazilərini güc yolu ilə, lokal döyüşlərlə azad etməsindən aslıdır. Çünki, Ermənistanla diplomatik danışıqlar tükənib. Yalnız, yenidən Moskva ilə konfidensial diplomatik danışıqlar aparılmalıdır. Amma, Rusiyanın irəli sürdüyü şərtlər hələki, milli suverenliyimizin əleyhinədir."-deyə politoloq bildirdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az