Qarabağ savaşı başlayır: Rusiya qarışmır, ABŞ isə... - Trofimçuk

Qarabağ savaşı başlayır: Rusiya qarışmır, ABŞ isə... - Trofimçuk
Qarabağda müharibənin yenilənməsi təhlükəsi həqiqətən mövcuddur.

Miq.az xəbər verir ki, bunu "1in.am” saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.
"Tarix bu konfliktin iştirakçılarına Aprel müharibəsindən sonrakı iki il ərzində gərginləşən geosiyasi situasiyada həll tapmağa şans verdi. Lakin tərəflərə hələ də strateji həll tapmaq mümkün olmayıb. Bəzi taktiki təkliflər edilib, amma strateji həll yoxdur.
Qarabağ Azərbaycanın daxili siyasətində ciddi problemdir və Azərbaycanın davranışında əsas faktor hesab edilir. Qarabağ məsələsi Ermənistan üçün də çox vacibdir, amma birinci yerdə dayanmır. Əgər biz Aprel müharibəsində Azərbaycanın bəzi əraziləri öz nəzarəti altına almasını nəzərə almasaq, o zaman indiki situasiyanın Ermənistan üçün sərfəli olduğunu deyə bilər. Ona görə ki, Azərbaycan Aprel savaşında Qarabağı geri qaytara bilmədi. Ermənistan və Azərbaycan arasında Qarabağ məsələsinə münasibətdə bu cür fərq qaldığı müddət ərzində bu disbalans situasiyanı partladacaq.
Mən çoxdan demişəm ki, biz gərək təkcə Qarabağa yox, digər istiqamətlərə də nəzər yetirək. Fərqli istiqamətlərdən biri Naxçıvan ola bilər. Bu isə müharibədə balansın bərpası vasitəsi ola bilər. Əgər Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa, Ermənistanın situasiyanı Naxçıvan ətrafında gərginlik yaradaraq balanslaşdırması mümkündür.
Rusiya konfliktə heç bir tərəfdən, özəlliklə Ermənistan tərəfindən - onun Moskvanın müttəfiqi olduğunu nəzərə alaraq belə - qoşulmayacaq. Digər tərəfdən, əgər Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsa, o zaman Azərbaycan tərəfindən müharibəyə ciddi güc mərkəzləri – ilk növbədə isə Türkiyə və ABŞ müdaxilə edəcək”, – deyə o bildirib. //Axar.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az