Qarabağ uğrunda islam müharibəsi

Qarabağ uğrunda islam müharibəsi

Məsələ İslam Əməkdaşlığı Təşkilatının gündəminə gəlib

BMT Baş Assambeyasının 72-ci sessiyasının kuluarlarında İslam Əməkdaşlığı Təşkilatının (İƏT) iclasının gündəliyinə çıxarılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.

İstiPress-in məlumatına görə,  Rusiyanın ermənipərəst "Sputnik” radiosunun İrəvan ofisi bununla bağlı hətta "Niyə Qarabağı İslam Əməkdaşlıq Təşkilatının gündəliyinə çıxarıblar” başlıqlı məqalə də həsr edib.

Radioya müsaşibə verən ərəbşünas Hayk Koçaryan bildirib ki, İƏT çərçivəsində aparılan bu müzakirlərdə mütəmadi olaraq Ermənistanın mövqeyi tənqid olunur. Amma Koçaryan iddia edib ki, bu, heç cür ATƏT-in Minsk qrupunun formatına təsir göstərə bilməz.

Koçaryan bəzi ölkələrin, məsələn Pakistanın məhz bu məsələyə görə, Ermənistanla diplomatik əlaqələr qurmadığını bildirib. Qeyd edək ki, Pakistanla yanaşı digər müsəlman ölkəsi Özbəkistan da Ermənistanla məhz Qarabağ məsələsinə görə əlaqə qurmaqdan imtina edib. 

Azərbaycanın Ermənistan tərəfində 1992-1994-cü illərəd işğal edilmiş torpaqları (boz rəngdə) - XƏRİTƏ
Azərbaycanın Ermənistan tərəfində 1992-1994-cü illərəd işğal edilmiş torpaqları (boz rəngdə) - XƏRİTƏ

Amma Koçaryan bəzi müsəlman ölkələrin Ermənistanın mövqeyinə loyal yanaşdığını bildirib: "İran bu iclaslarda yetərincə təmkinli çıxış edir”.

Lakin ərəbşünas Qor Gevorqyan bu fikirlə razılaşmayıb. Onun fikrincə, İran da həmişə islam həmrəyliyindən danışır və istəsə də, istəməsə də Azərbaycanın xeyrinə qərarlara səs verəcək.

Qor Gevorqyan hesab edir ki, İƏT yetərincə ciddi təşkilatdır və onun müzakirə etdiyi məsələr həmicə vacib olur. O hesab edir ki, Ermənistan bu cür müzakirələrə hazır olmalıdır və təşkilat üzvlərini loyallaşdırmalıdır.

İndiyə kimi İƏT çərçivəsində Qarabağ məsələsi bir neçə dəfə müzakirə olunub və amma bu, indiki kimi reaksiya doğurmamışdı. Belə çıxır ki, onlar Azərbaycandakı islam faktorunu ciddi saymamışdılar. Amma belə görünür ki, rusiyalı bloger Aleksandr Lapşinin Azərbaycan həbsxanaları barədə yazdıqları onları qorxuya salıb. Lapşin dustaqlar arasında çox sayda islamçıların olduğunu bildirib. Onun fikrincə, Azərbaycanda yetərincə çox sayda islamçı var, onların xeyli hissəsi hərbçidir və hücum saatını gözləyirlər. 

Lapşinin yazdıqları bir yana, amma Azərbaycan ordusunu islamçıların ümidinə qoymaq olmaz. Sirr deyil ki, Azərbaycanda bir neçə radikal islam cərəyanı var və bunlar ermənidən çox digər müsəlmanlarla düşmənçilik aparırlar. Onları orduya sızması Azərbaycanı ciddi problemlərlə üz-üzə qoya bilər. İşğal edilmiş Qarabağ torpaqlarını yalnız Azərbaycanın vətənpərvərlik ruhunda tərbiyə olunmuş əsgərləri azad edə bilər!

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az