Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb.

Miq.Az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu onun oğlu Sipan Petrosyan feysbuk səhifəsində yazıb.

A.Petrosyan 1990-cı illərin əvvəllərində "İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib.

O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə general-mayor rütbəsi alıb.

Sonralar isə fövqəladə hallar nazirinin müavini olub.
 
Astvasatur Petrosyan

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az