"Qarabağ"dan böyük hesablı məğlubiyyət - 6:0

Komandamız "Çelsi"yə 6:0 hesabı ilə uduzub

 "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ilk qarşılaşamasını keçirib. İstiPress-in məlumatına görə, "Qarabağ" əsas mərhələ matçında "çelsi" ilə qarşılaşıb. Matç Londonda, məşhur "Stemford Bric” stadionunda baş tutub.
Ağdam təmsilçisi ilk matçını məğlubiyyətlə başa vurub. Oyun ərzində rəqib qapımızdan 6 top keçirib. 
Qolların müəlli fləri Pedro, Zappakosta, Azpilikueta, Bokayako,  Batşuay, Medvedev olub.
Klubun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə qarşılaşdıqlarını deyib. ""Çelsi”nin gücü hər kəsə məlumdur. Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. "Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. "Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm".  
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az