“Qayınanam mənə əxlaqsız təklif etdi” – “Qanlı göl”də dəhşətli qətl

“Qayınanam mənə əxlaqsız təklif etdi” – “Qanlı göl”də dəhşətli qətl
Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən Cavad İbrahimov etiraz əlaməti kimi üzünü arxaya çevirərək ayaq üstə dayanıb. Bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar ediblər. O, məhkəmədən işinə ədalətli baxılmasını istəyib.
Cavad İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.
İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkumluq həyatı yaşamış kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cavad İbrahimov istintaqa verdiyi ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız təkliflər edib. Onun ifadəsinə görə, qayınanası kürəkəni ilə sevişmək istəyib: "Bu təklifdən sonra qayınanamı döydüm. Lakin onu öldürmək niyyətim yox idi".
Növbəti proses mayın 17-də davam edəcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az