Qazaxıstanda polis rəisi ermənilərə görə işdən çıxarılıb (SƏBƏB)

Qazaxıstanda polis rəisi ermənilərə görə işdən çıxarılıb (SƏBƏB)
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin yol polisi idarəsində işləyən komandirlərdən biri ermənilərə görə işdən çıxarılıb.


Miq.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, Nur-Sultan şəhərində yol polisi idarəsində alay komandiri vəzifəsində işləyən Bauırjan Xantemirovun tabeliyindəki işçilərə üzərində Ermənistan dövlət nömrə nişanı olan avtomobillərin yoxlanılması barədə qanunsuz tapşırıq verdiyi iddia olunur.
Bauırjan Xantemirovun öz işçisinə telefonla verdiyi tapşırığın səs yazısı yayılıb. Səs yazısından belə başa düşülür ki, alay komandiri işçilərə göstəriş verir ki, üzərində Ermənistan dövlət nömrə nişanı olan bütün avtomobillər yoxlanısın və ona məruzə edilsin. Bauırjan Xantemirova aid olduğu iddia olunan səs yazısında qeyd olunur ki, həmin avtomobillər qayda pozmasalar belə, saxlanılıb yoxlanılmalıdır.

Yayılan səs yazısından sonra Bauırjan Xantemirov tutduğu vəzifədən azad olunub.

Məsələ ilə bağlı Ermənistanın Qazaxıstandakı səfiri Qaqik Qaleçyana izahat verilib və bildirilib ki, bu yoxlma ermənilərlə bağlı deyil.  Qazaxıstan vətəndaşları tez-tez Ermənistandan avtomobillər alırlar və dövlət nömrələrini dəyişmədən istifadə edirlər.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az