Qazaxıstanda təyyarə qəzasının səbəbləri açıqlandı
Qazaxıstan Daxili İşlər Nazirliyi, Alma-Ata yaxınlığında baş vermiş qəzanın səbəblərini açıqlayıb.
Miq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qazaxıstanın daxili işlər naziri Yerlan Turgumbayev hadisənin ekipaj səhvləri, təyyarənin texniki nasazlığı üzərindən baş verdiyini əsas hesab edir.
Yerlan Turgumbayev qeyd edib ki, şöbənin əməkdaşları hazırda fəlakət yerini araşdırır və qəzaya uğrayan təyyarəni sökürlər. Daha sonra təyyarə hava limanına aparılacaq və orada ətraflı yoxlanılacaq.
Qeyd edək ki, Bek Air aviabazasının təyyarəsi dekabrın 27-də səhər saatlarında Alma-Ata hava limanından uçuş zamanı yaşayış binalarına çırpılıb.
Günay Arifqızı
Miq.Az